• Təcrübəli ev xanımlarının məsləhətləri

Reseptin məlumatları Baxış sayı: 2 836

Tarix : 29-06-2017, 10:00

Bölmə : Məsləhətlər


Mətbəxdə xüsusi böyük mətbəx qayçısı olmalıdır. Bu qayçının köməyi ilə bir çox məhsulları kəsmək daha asandır.

- Bıçaqları digər dəmir əşyalarla birlikdə saxlamayın. Bu halda bıçaqlar daha tez kütləşir.

- Əksər reseptlərdə sobanı qabaqcadan qızdırmağı tövsiyə edirlər. Qaz sobanı məmulatları bişirdikdən 10 dəqiqə, elektrik sobanı 25 dəqiqə əvvəl yandırmaq lazımdır.

- Südü allüminium qazanda uzun müddət ərzində saxlamaq olmaz.

- Pendiri qurumasın deyə onu bağlı qaba qoyun və yanına 2 tikə şəkər-rafinad qoyun.

- Emallı qazanın dibi yanıbsa, onu əvvəl soyudun sonra içinə soyuq su tökün. İsti qazana soyuq su tökəndə, emal çatlaya bilər.

- Qazanın dibi yanıbsa, qazana su və 1 qaşıq soda tökün, 1-2 saat saxlayın və sonra yuyun.

- Mətbəxdə xoşagəlməz iyi yox etmək üçün quru portağal, limon və ya mandarin qabığını yandırın.

- Əti çəkdikdən sonra ətçəkən maşınından çiy kartof keçirin. Bu halda ətçəkən maşın daha asan yuyular.

- Buzxanadan çıxardılmış ətin üzərinə bir qədər sirkə tökün. Ətin buzu daha tez açılacaq və ət daha yumşaq olacaq.

- Kartofu qızartdıqdan əvvəl dəsmalın üzərinə sərin, ki yaxşı qurusun. Bu halda kartof qızarma zamanı dağılmayacaq.

- Sousun dibi yanıbsa onu dərhal digər qazana boşaldın və 1/2 çay qaşığı şəkər tozu əlavə edin. Bu halda sousun dadı pisləşməyəcək.

- Bişirilmə zamanı çuğundurun rəngini saxlamaq üçün qazana bir qədər limon duzu əlavə edin.

- Balığın xoşagəlməz iyini yox etmək üçün balığı soyuq duzlu suda yaxşı yuyun.
Etiketlər: halda, qazana, əvvəl, sobanı, sonra, tökün, yanıbsa, soyuq, qoyun, ətçəkən, əlavə, kartof, zamanı, şəkər, dəqiqə, yaxşı, Mətbəxdə, digər, etmək, xoşagəlməz
BİZİ İZLƏYİN