• Mürəbbənin hazır olduğunu necə təyin etmək olar

Reseptin məlumatları Baxış sayı: 7 386

Tarix : 2-07-2018, 18:00

Bölmə : Məsləhətlər


Yaxşı bişirilmiş mürəbbəni uzun müddət ərzində saxlamaq olar. Belə mürəbbə xarab olmur və öz xüsusiyyətlərini saxlayır.

Mürəbbənin hazır olub-olmadığını təyin etmək üçün bu kimi üsullardan istifadə etmək olar:

- soyuq nəlbəkinin üzərinə bir damcı mürəbbə tökün. Damcı yayılmırsa, mürəbbə hazırdır.

- hazır mürəbbənin şirəsi şəffaf olur, meyvələr siropun içində üzür, siropun üzərinə çıxmır.

- hazır mürəbbənin şirəsi meyvənin rəngində olur.

- mürəbbəni kağız salfetin üzərinə damızdırın. Ləkənin ətrafında nəm ləkə əmələ gəlmirsə, mürəbbə hazırdır.

- nəlbəkiyə şəkər tozu səpin, üzərinə bir neçə damcı mürəbbə tökün. Mürəbbə şəkər tozuna hopulmursa, hazırdır. Mürəbbə hopulursa, bişirməni davam edin.
Etiketlər: mürəbbə, üzərinə, hazır, hazırdır, tökün, damcı, etmək, mürəbbənin, siropun, Mürəbbə, şəkər, mürəbbəni, şirəsi, Ləkənin, ətrafında, əmələ, damızdırın, salfetin, meyvənin, rəngində
BİZİ İZLƏYİN