• Mayalı xəmirin sirləri - 10 FAYDALI MƏSLƏHƏT

Reseptin məlumatları Baxış sayı: 3 152

Tarix : 16-07-2018, 18:00

Bölmə : Məsləhətlər


1. Unu mütləq ələyin. Un oksigenlə zənginləşir və xəmir daha tez qalxır və daha yaxşı çıxır.

2. Piroq, blini, çörək, oladi xəmirinə 1 ovuc manna yarmasını tökün. Xəmir daha yumşaq və zərif alınacaq.

3. Mayalı xəmir üçün olan bütün inqrediyentlər ilıq və ya otaq temperaturunda olmalıdır. Soyuq məhsullar xəmirin keyfiyyətini pisləşdirir.

4. Xəmiri quru əllərlə yoğurun.

5. Mayalı xəmiri həddindən artıq çox yoğurmayın, xəmir bərk olacaq.

6. Mayanı ilıq (30-35 C) süddə və ya suda həll edin. Soyuq və ya çox isti mayedə maya öz aktvliyini itirir.

7. Mayalı xəmirdən hazırlanmış məmulatları (piroq, bulka, pirojki və s.) sobaya qoyduqdan əvvəl 15-20 dəqiqə tavada saxlayın (üzərini dəsmalla örtün). Bu halda onlar daha yumşaq alınır.

8. Maya mütləq təzə olmalıdır. Saxlanma müddətinə fikir verin.

9. Piroqun üzərinə çalınmış yumurta sarısı, süd və ya şirin su çəkin. Piroqun üstü parıldayacaq.

10. Xəmir tez qalxsın deyə ona bir neçə makaron batırın.
Etiketlər: xəmir, Mayalı, yumşaq, Soyuq, olmalıdır, Xəmir, Piroqun, mütləq, saxlayın, məmulatları, üzərini, dəsmalla, xəmirdən, hazırlanmış, tavada, dəqiqə, pirojki, bulka, sobaya, qoyduqdan
BİZİ İZLƏYİN