• Ərik mürəbbəsi resepti

Reseptin məlumatları Baxış sayı: 3 447

Tarix : 22-11-2017, 12:00

Bölmə : Mürəbbələr - Marmaladlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 kq ərik
Ərik toxumlarının ləpələri
750 qr şəkər tozu
1 limonun suyu

Hazırlanması:
Ərikləri yuyun və iki hissəyə ayırın. İçindən çıxan toxumları qırıb ləpələrini çıxarın və qazanın dibinə qoyun. Ərikləri də qazana yığıb qapağını bağlayın, 15 dəqiqə ərzində ara-sıra silkələyərək, orta odda öz buğunda bişirin. Sonra içinə 750 qr şəkər tozu tökün. Bu şəkildə də 35-40 dəqiqə, qapağı açıq bişirin. Hərdən üzərinə çıxan kəfini yığın. Limon suyunu da tökəndən sonra 10 dəqiqə qaynadın.

İstiykən kəfkirlə ərikləri götürüb, suyunu süzərək bankalara yığın, qapağını yaxşıca bağlayın və başıaşağı çevirin. Bu şəkildə uzun müddət saxlaya bilərsiniz.

Nuş olsun!
Etiketlər: dəqiqə, bağlayın, qapağını, şəkildə, suyunu, yığın, çıxan, bişirin, şəkər, Ərikləri, sonra, qaynadın, İstiykən, tökəndən, ləpələri, üzərinə, kəfini, Limon, kəfkirlə, ərikləri
BİZİ İZLƏYİN