• Qırmızı gavalı cemi resepti

Reseptin məlumatları Baxış sayı: 14 790

Tarix : 30-05-2018, 12:00

Bölmə : Mürəbbələr - Marmaladlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mehriban (azerifoodie)


Tərkibi:
1300 qr gavalı
1,5 stakan şəkər(çox turş gavalı olsa 2 st)

Hazırlanması:
Gavalını iki yerə bölüb, tumlarını çıxartmaq. Tumu təmuzlənmiş gavalının çəkisi olur təxmini 1 kq ( mən tərəzidə çəkirəm). Ət çəkəndən keçirmək. Dibi qalın, hündür qazana töküb zəif od üstündə suyu çəkilənədək bişirmək. Şirəli qazan olmaz !☝
Mütləq tez-tez qarışdırın, yoxsa dibi tutar. ✔Ümumiyyətlə jem bişirəndə ocağın yanından ayrılmamaq lazımdır, yoxsa dibi tutur, jemin rəngi dönür, bütün əziyyət hədər gedir.
Elə ki suyu çəkildi, qatılaşdı, onda şəkər əlavə edin və mütləq qarışdırın. Çünki şəkər jemin dibinin tutmasına bais olur. Elə ona görə şəkəri lap əvvəldən vurmuruq.
Şəkəri əlavə edəndə jemin rəngi dönəcək, tünddəşəcək, day bunnan qaçış yoxdur
Şəkər su verəcək,jem durulacaq. Birazda bişirin, amma əsla qarışdırmayı unutmayın
Jem nə zaman hazır olur? Qaşığı qazanın dibinə sürün, sanki jemi iki yerə bölürsüz. Əgər jem gec birləşir, demək hazırdı. Hazır jem halva kimi ağır, qatı olmalıdır.
Jemi isti-isti sterilizə edilmiş bankalara tökmək, bankanı çalxalamaq, bir neçə dəfə masanın üstünə dəsmalın üstünə ehtiyatla vurmaq ki, havası çıxsın.Dəmir sterilizə edilmiş qapaq ilə bağlamaq möhkəm, tərs çevirib soyuyanadək saxlamaq.
P.S. mən turşməzə jem sevirəm diyə, 1,5 st şəkər vururam. Siz öz ağız dadınıza görə hərəkət edin, 2 ya 3 st şəkər vurun.

Nuş olsun!
BİZİ İZLƏYİN