• Əncir mürəbbəsi resepti

Reseptin məlumatları Baxış sayı: 2 761

Tarix : 13-09-2018, 12:00

Bölmə : Mürəbbələr - Marmaladlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kilo əncir
1 kilo şəkər tozu
4-5 ədəd mixək
1 yemək qaşığı limon suyu
4 stəkan su

Hazırlanması:
Əvvəlcə əncirləri soyun və geniş bir qazanda 20 dəqiqə qaynadın. Qaynadıqdan sonra süzün və yavaşca sıxaraq meyvənin acı suyunu çıxarın. Qaynadılmış suyu, şəkər tozunu və mixəyi geniş bir qaba əlavə edib qaynadın. Şəkər yaxşıca ərisin və bir az mətləşəndə əncirləri əlavə edin və 25 dəqiqə bişirin. Son olaraq limon suyunu da əlavə edib 5 dəqiqə daha bişirin.

Nuş olsun!
Etiketlər: dəqiqə, əlavə, geniş, əncirləri, qaynadın, limon, suyunu, şəkər, bişirin, tozunu, Qaynadılmış, çıxarın, mixəyi, Şəkər, olaraq, olsun, mətləşəndə, ərisin, yaxşıca, meyvənin
BİZİ İZLƏYİN