• Böyürtkən mürəbbəsi resepti

Reseptin məlumatları Baxış sayı: 2 183

Tarix : 14-09-2018, 12:00

Bölmə : Mürəbbələr - Marmaladlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq böyürtkən
1 kq şəkər tozu
Yarım çay qaşığı limon duzu

Hazırlanması:
Əvvəlcə böyürtkənlər yuyulur və bir ləyənə yığılıb üzərinə şəkər tozu əlavə edilir, yarım saat gözlədilir. Ara-ara asta şəkildə taxta qaşıqla qarışdırılır. Daha sonra ocağa qoyaraq əvvəl gur, sonra isə az temperaturda 20 dəqiqə qaynadılır. Ocaqdan götürməzdən bir-iki dəqiqə əvvəl limon duzu əlavə edilib qarışdırılır.

Əvvəlcə mürəbbəniz sizə sulu görünəcək, amma onu şüşə qaba boşaldaraq nazik bir çit ilə üzərini örtün. 1-2 gün saxladıqda istədiyiniz qatılığı əldə edə biləcəksiniz.

Nuş olsun!
Etiketlər: əlavə, sonra, əvvəl, dəqiqə, Əvvəlcə, qarışdırılır, limon, şəkər, edilib, mürəbbəniz, görünəcək, götürməzdən, qaynadılır, böyürtkən, boşaldaraq, Ocaqdan, nazik, qatılığı, biləcəksiniz, olsun
BİZİ İZLƏYİN