• Şaftalı cemi resepti

Reseptin məlumatları Baxış sayı: 14 859

Tarix : 17-09-2018, 12:00

Bölmə : Mürəbbələr - Marmaladlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kiloqram şaftalı
800 qram şəkər tozu
1 çay qaşığı kərə yağı
1 çay qaşığı təzə sıxılmış limon suyu

Hazırlanması:
Yuyub, soyduğunuz şaftalıların çəyirdəyini çıxarın. Saftalıları kiçik kublar şəklində kəsin. Dərin bir qazana bir qat şaftalı, bir qat şəkər tozu səpib bitənə qədər bunu bir neçə dəfə təkrar edin. Qapağı bağlı qazanda təxminən 2-3 saat gözlədin. Şaftalılar suyunu buraxdıqda cem qazanını ocağa qoyun. Az xodda qaynasın. Cemin səthinə çıxan köpükləri kəfkir köməyi ilə götürüb kərə yağı əlavə edin. Az xodda bişirmə əməliyyatını 2-3 dəqiqə daha davam etdirin. Tündləşib azacıq mətləşən cemə limon suyunu qatıb qısa bir müddət daha bişirdikdən sonra ocaqdan alın. Cemi, əvvəlcədən təmizləyib quruladığınız qablara doldurub qapaqlarını möhkəmcə bağladıqdan sonra tərs çevirərək otaq istiliyində mühafizə edin.

Qeyd: Soyutduğunuz cemi günəş görməyən və sərin bir yerdə mühafizə edin.

Nuş olsun!
Etiketlər: xodda, sonra, mühafizə, suyunu, limon, şaftalı, şəkər, qaşığı, azacıq, Tündləşib, bişirdikdən, qatıb, müddət, mətləşən, əməliyyatını, götürüb, köməyi, əlavə, bişirmə, davam
BİZİ İZLƏYİN