• Limon mürəbbəsi resepti

Reseptin məlumatları Baxış sayı: 5 103

Tarix : 27-09-2018, 12:00

Bölmə : Mürəbbələr - Marmaladlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
- 4 ədəd limon
- 2 stəkan şəkər tozu
- 1 stəkan su

Hazırlanması:
Limonları yuyun, ağ hissələri qalacaq şəkildə qabığını nazik bıçaqla soyun. Soyduqdan sonra xırda dilimlərə ayırın. Limonların üzərinə şəkər tozu əlavə edib saxlayın.

Limonların su salmasını gözlədiyiniz müddətdə limon qabıqlarının üzərinə qaynar su əlavə edin, 5 dəqiqə sonra suyu süzün. Bunu 3 dəfə təkrar edin.
Daha sonra sulanan limon-şəkər tozu qarışımının üstünə həmin suyu töküb qaynadın.

Qaynamağa başlayanda doğradığınız limon qabıqlarını da əlavə edin.
Ara-sıra qarışdıraraq, 40 dəqiqə vam odda bişirin. Soyuyandan sonra balona yığıb soyuducuda saxlayın.

Nuş olsun!
Etiketlər: limon, sonra, əlavə, şəkər, üzərinə, Limonların, stəkan, saxlayın, dəqiqə, həmin, qarışımının, süzün, təkrar, sulanan, töküb, üstünə, başlayanda, balona, yığıb, soyuducuda
BİZİ İZLƏYİN