• Evdə nanə mürəbbəsi resepti

Reseptin məlumatları Baxış sayı: 5 455

Tarix : 19-06-2019, 12:00

Bölmə : Mürəbbələr - Marmaladlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Bir dəstə yaxşıca yuyulmuş təzə nanənin yarpaqları,
Yarım limonun suyu,
2 su stəkanı şəkər tozu,
Bir stəkan içmə suyu

Hazırlanması:
Nanələri ayırtlayaraq təmiz-təmiz yuyun.
Suyunun süzülməsi üçün gözləyin və suyu süzüldükdən sonra bir qazana alın.
Üzərinə şəkər tozunu əlavə edib qarışdırın.
Qazanın qapağını örtərək nanələrin özünü salması üçün bir gecə saxlayın.
Daha sonra ocağın altını yandırın və üzərinə həmən 1 su stəkanı içmə suyu əlavə edərək orta atəşdə qaynadın.
Dibinin tutmaması üçün aram- aram taxta qaşıq ilə qarışdırın və üzərində köpüklənmə olarsa bu köpükləri yığın.
Qatılaşdığı gözlənincə üzərinə yarım ədəd limonun suyunu qatın və bir az daha qaynatdıqdan sonra ocağın altını qapadın vəqazanı bir kənarda 3-4 dəqiqə dincəldin.
Daha öncə təmizlənmiş və yaxşıca qurudulmuş banka içərisinə hələ isti halda yığın və bankanın ağzını möhkəm bağlayaraq ağzı üstə çevrilerek soyumaya qoyun.
Soyuduqdan sonra soyuducuya yığın.

Nuş olsun!
Etiketlər: sonra, yığın, üzərinə, altını, ocağın, əlavə, şəkər, qarışdırın, təmiz, stəkanı, yaxşıca, limonun, vəqazanı, qatın, qaynatdıqdan, qapadın, köpüklənmə, üzərində, olarsa, gözlənincə
BİZİ İZLƏYİN