• Çiyələk mürəbbəsi resepti

Reseptin məlumatları Baxış sayı: 2 775

Tarix : 12-07-2019, 12:00

Bölmə : Mürəbbələr - Marmaladlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Təmizlənmiş çiyələk: 1 kiloqram,
Şəkər tozu: 1 kiloqram,
Limon: 0,5 ədəd və ya limon duzu: 0,5 kiçik qaşıq,

Hazırlanması:
Çiyələk mürəbbəsi bişirmək üçün əvvəlcə çiyələklər ayırtlanır.
Ayırtlandıqdan sonra yuyulur və süzgəcə qoyularaq suyunun süzülməsinə nail olunur.
Yuyulub suyu süzülən çiyələklər bundan sonra dərin bir qazana qoyulur.
Qazandakı çiyələklərin üzərinə şəkər tozu əlavə edilir.
Üzərinə şəkər tozu qoyulmuş çiyələkləri bir gün (ən az 10 saat) burada gözlədirik.
Bu zaman çiyələk və şəkər tozu olan qazanın ağzı mütləq bağlı olmalıdır.
Şəkərlə gözlədilən çiyələklər suyunu verir.
Bir gün gözlədikdən sonra çiyələk mürəbbəsini bişirmək olar.
Bunun üçün içərisində şəkər tozu və çiyələk olan qazanı ocağın üzərinə qoyuruq.
Orta temperaturda çiyələk mürəbbəsi qaynamağa başlayandan sonra 40 – 45 dəqiqə qaynadırıq.
Arada qazanın üzərində meydana gələn köpüklər bir qaşıq və ya kəfgir vasitəsi ilə alınır.
Çiyələk mürəbbəsi qatılaşana qədər vam odda qaynadılıb bişirilir.
Bişən çiyələk mürəbbəsinə limonun suyunu sıxırıq (və ya limon duzunu vururuq).
Bundan sonra mürəbbə təqribən beş dəqiqə yenə qaynayır və bundan sonra ocağın üzərindən götürürük.
Mürəbbənin temperaturu ilıqlaşdıqdan sonra şüşə qablara alınır və ağzı hermetik bir şəkildə bağlanır.

Nuş olsun!
Etiketlər: sonra, çiyələk, şəkər, çiyələklər, mürəbbəsi, dəqiqə, üzərinə, suyunu, alınır, kiloqram, limon, bişirmək, qazanın, qaşıq, Çiyələk, ocağın, bundan, kəfgir, qatılaşana, qədər
BİZİ İZLƏYİN