• Alma konfitürü resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 792

Tarix : 1-01-2016, 16:00

Bölmə : Mürəbbələr - Marmaladlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1250 q alma (1 kq qabıqsız və cecəsiz)
500 q şəkər tozu
20 q jeleləşdirən şəkər tozu*
Alma konfitürü resepti - FOTO RESEPT


Hazırlanması:
Almaları yuyub qabığını soyun.
Alma konfitürü resepti - FOTO RESEPT


Dörd bölüb cecəsini çıxarın.
Alma konfitürü resepti - FOTO RESEPT


Əgər almalar çox iridirsə, daha xırda doğramaq olar.
Alma konfitürü resepti - FOTO RESEPT


Qabığı ilə cecəsini atmayın, təmiz cunanın içinə yığıb ağzını bağlayın.
Alma konfitürü resepti - FOTO RESEPT


Şəkər tozunu jeleləşdirən şəkər tozu ilə qarışdırın. Almanı qalın dibli qazana yığın, şəkər tozunu əlavə edin və içində qabıqla cecə olan cuna bağlamasını içinə qoyun.
Alma konfitürü resepti - FOTO RESEPT


Vam odda müntəzəm qarışdıraraq 15 dəqiqə bişirin. Alma yumşalacaq, bir hissəsi püre kimi olacaq, bir hissəsi isə xırda parçalar halında bütöv qalacaq - yəni əsl konfitür.
Alma konfitürü resepti - FOTO RESEPT


Cuna bağlamasını içindən çıxarın. Qaynar konfitürü qaynar, sterilizə edilmiş bankalara yığın, isti qapaqla bağlayın. Tam soyudun.
Alma konfitürü resepti - FOTO RESEPT


Soyuq yerdə 12 ay saxlaya bilərsiniz. Qapağını açdığınız konfitür bankasını soyuducuda saxlayın.
Alma konfitürü resepti - FOTO RESEPT


* Jeleləşdirən şəkər tozu - mürəbbə, cem, marmelad, konfitürün hazırlanması zamanı istifadə olunur. Onun kristalları iri olur, tez jeleləşdirməsi üçün pektin, həmçinin limon turşusu əlavə edilir. Əgər jeleləşdirən şəkər tozu tapmasanız, 1 kq alma üçün 500 q şəkər tozu götürün, bir limonun yarısının şirəsini əlavə edin və bişmə vaxtını iki dəfə artırın (yəni 30 dəqiqə bişirin).

Nuş olsun!
Etiketlər: şəkər, jeleləşdirən, əlavə, yığın, bağlamasını, bağlayın, içinə, bişirin, konfitür, hissəsi, xırda, dəqiqə, tozunu, cecəsini, çıxarın, bişmə, Qapağını, vaxtını, bankasını
BİZİ İZLƏYİN