• Xiyar mürəbbəsi resepti

Reseptin məlumatları Baxış sayı: 21 535

Tarix : 16-10-2014, 12:00

Bölmə : Mürəbbələr - Marmaladlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq xiyar
0,5 kq şəkər tozu
1 portağal
1 limon
zəncəfil kökü

Hazırlanması:
1 kq xiyarın qabığını soyun, xırda doğrayın, dənələrini çıxarıb atın. Xiyarı qazana doldurub üstünə 500 q şəkər tozu səpin. 1 stəkan sü töküb bişməyə qoyun.

20 dəqiqə qaynayandan sonra bir portağal və bir limonun şirəsi ilə birlikdə sedrasını da əlavə edin, orta itilikdə ocaqda daha 20 dəqiqə bişirin. Zəncəfil kökünü sürtgəcdən keçirib əlavə edin (bütöv bişirib sonra çıxarmaq da olar).

Nuş olsun!
Etiketlər: əlavə, portağal, sonra, şəkər, dəqiqə, itilikdə, sedrasını, birlikdə, şirəsi, qaynayandan, ocaqda, limonun, Zəncəfil, bişirib, çıxarmaq, olsun, bütöv, keçirib, qoyun, kökünü
BİZİ İZLƏYİN