• Badımcan mürəbbəsi resepti

Reseptin məlumatları Baxış sayı: 19 069

Tarix : 16-10-2014, 17:00

Bölmə : Mürəbbələr - Marmaladlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
25 ədəd badımcan (maksimum 5-6 sm uzunluqda)
2 kq şəkər tozu
30 q söndürülmüş əhəng
0,5 x.q. zəy
vanil

Hazırlanması:
Badımcanları yuyub qabıqlarını soyun, uzununa çərtin. Çərtdikcə soyuq su ilə dolu qazana qoyub ağzına qapaq qoyun. Hamısını çərtdikdən sonra sudan çıxarıb üstünə əhəng səpib su tökün. 1,5 saat saxlayın. Axar suyun altında bir neçə dəfə yuyun. Qaynayan suya salıb 3 dəqiqə sonra aşsüzənə yığın. Suyu qaynadın, zəy əlavə edin, badımcanları töküb üç dəqiqə bişirin, yenə aşsüzənə yığın. Sıxın ki, artıq suyu çıxsın.

Qazanda su qaynadın, 0,5 st. şəkər tozu əlavə edib qarışdırın. Şəkər tozu əriyəndə badımcanları əlavə edib 5 dəqiqə qaynadın. Aşsüzənə yığın. Ləyənə şəkər tozu və 1,5-2 st. su tökün. Şəkər tozu əriyəndə badımcanları əlavə edib hazır olanadək bişirin. Hazır olana beş dəqiqə qalmış vanil əlavə edin.

Nuş olsun!
Etiketlər: əlavə, dəqiqə, qaynadın, yığın, badımcanları, şəkər, əriyəndə, aşsüzənə, bişirin, sonra, Şəkər, tökün, vanil, əhəng, Sıxın, artıq, çıxsın, uzunluqda, söndürülmüş, Badımcanları
BİZİ İZLƏYİN