• Balqabaqlı konfitür resepti

Reseptin məlumatları Baxış sayı: 15 199

Tarix : 17-10-2014, 16:00

Bölmə : Mürəbbələr - Marmaladlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi (yarım litr üçün):
300 q balqabaq
3-5 x.q. limon şirəsi
50 q ərik qurusu
350 q şəkər tozu
2 x.q. alma sirkəsi (əgər sirkə vurmaq istəmirsinizsə, o zaman limon şirəsinin qədərini artırın)
1 qırmızı istiotun yarısı
2 x.q. su

Hazırlanması:
Balqabağı təmizləyib xırda kubiklər şəklində doğrayın. Ərik qurusunu da yuyub doğrayın. İstiotun toxumlarını təmizləyib xırda doğrayın. Tələb olunan bütün ərzaqları qarışdırıb ocağın üstə qoyun. Qaynara düşəndən sonra 45 dəqiqə vam odda bişirin. Bankalara doldurub soyudun.

Nuş olsun!
Etiketlər: doğrayın, təmizləyib, xırda, limon, olunan, bütün, ərzaqları, Tələb, İstiotun, qurusunu, yuyub, qarışdırıb, toxumlarını, qoyun, Bankalara, doldurub, soyudun, olsun, bişirin, dəqiqə
BİZİ İZLƏYİN