• Çaytikanı ilə balqabaq mürəbbəsi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 18 847

Tarix : 17-10-2014, 18:00

Bölmə : Mürəbbələr - Marmaladlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 kq balqabaq
5 st. şəkər tozu
300 q çaytikanı (yaxud iki ədəd portağal)

Hazırlanması:
Əvvəlcə şərbət hazırlayın. Böyük ləyəndə 1 stəkan su ilə 1 stəkan şəkər tozunu bişirin. Daim qarışdırın. Şəkər tozu tam əriyəndə çaytikanını əlavə edin. Giləmeyvəni azca əzin. Qaynara düşən kimi götürün (qaynatmayın). İstəsəniz, bu şərbəti içindəki giləmeyvələri tam əzərək süzgəcdən də keçirə bilərsiniz.
Çaytikanı ilə balqabaq mürəbbəsi resepti - FOTO RESEPT

Çaytikanı ilə balqabaq mürəbbəsi resepti - FOTO RESEPT


Balqabağın qabığını soyun, dənələrini çıxarın. Dilimləyib, 1x1x1 sm doğrayın. Meyvəli siropun içinə tökün. Qarışıdırıb ocağın üstünə qoyun. Qaynara düşəndə ocağı azaldın. Balqabaq şəffaf olana qədər bişirin.
Çaytikanı ilə balqabaq mürəbbəsi resepti - FOTO RESEPT


Bankalara doldurub plastik qapaqlarla ağzını bağlayın. Tam soyuyandan sonra soyuq yerdə, soyuducuda saxlayın.

Nuş olsun!
Etiketlər: stəkan, bişirin, şəkər, Qaynara, qoyun, üstünə, ocağı, azaldın, ocağın, düşəndə, Qarışıdırıb, doğrayın, Dilimləyib, Meyvəli, siropun, tökün, içinə, Balqabaq, qədər
BİZİ İZLƏYİN