• Badamlı ərik mürəbbəsi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 19 400

Tarix : 18-10-2014, 19:00

Bölmə : Mürəbbələr - Marmaladlar / Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 kq ərik
2 kq şəkər tozu
400 ml su
2 paket vanil
400 q badam

Hazırlanması:
Ərikləri yuyub qurudun, dənəsini çıxarın.
Badamlı ərik mürəbbəsi resepti - FOTO RESEPT


Şəkər tozunun üzərinə su tökün, qarışdırıb qaynara düşənədək vam odun üzərində bişirin.
Badamlı ərik mürəbbəsi resepti - FOTO RESEPT


Ərikləri mürəbbəni bişirəcəyiniz ləyənə yığın, üzərinə badam və vanilli şəkər səpin.
Badamlı ərik mürəbbəsi resepti - FOTO RESEPT


Qaynar şərbəti üstünə tökün. Tam soyuyanacan gözləyin. Sonra yenə ocağın üstünə qoyub qarışdırmadan qaynara düşənəcən gözləyin, ocaqdan götürün. Bu proseduru 5-6 dəfə təkrarlayın. Sonra isə mürəbbəni bankalara yığın.
Badamlı ərik mürəbbəsi resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: qaynara, tökün, yığın, üstünə, Sonra, gözləyin, üzərinə, mürəbbəni, Ərikləri, badam, şəkər, ocağın, paket, soyuyanacan, şərbəti, vanil, qoyub, düşənəcən, təkrarlayın, bankalara
BİZİ İZLƏYİN