• Ərik mürəbbəsi resepti

Reseptin məlumatları Baxış sayı: 62 677

Tarix : 18-10-2014, 20:00

Bölmə : Mürəbbələr - Marmaladlar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq ərik
1-1,2 kq şəkər tozu

Hazırlanması:
Bərk əriyi yuyub qurudun. Dənəsini çıxarın. Bunu ya karandaşın köməyilə edin. Ya da yarıya bölüb çıxarın.

Şəkər tozunu qazana töküb azca su əlavə edin. Vam odün üstünə qoyun. Şərbət hazır olanadək ərikləri sterilizə olunmuş bankalara (0,5 litrlik) sıx-sıx yığın. Şərbət qaynayanda onu bankadakı əriklərin üstünə tökün. Bankaların qapaqlarını ağzına qoyub içindəkinin soyumasını gözləyin.
Soyuduqdan sonra şərbəti yenidən qazana töküb qaynara düşəndə götürün, bankadakı əriklərin üstünə tökün. Soyudun. Proseduru 4 dəfə təkrar edin. Sonra isə isti-isti qapağını bağlayın. Üstünü dəsmalla hər tərəfdən bağlayın (tam soyuyanadək).

Hər dəfə bankalara şərbət tökdükcə əriyin öz şirəsi də çıxacaq və beləliklə şərbətin qədəri artacaq. Bunu ayrıca qaba yığıb piroq, tort bişirərkən istifadə edə bilərsiniz. Yaxud da axırıncı dəfə şərbəti bir az çox qaynada bilərsiniz. Bu zaman mürəbbənin suyu bir az qatı olacaq.

Nuş olsun!
Etiketlər: üstünə, bağlayın, bilərsiniz, tökün, bankalara, qazana, Şərbət, töküb, çıxarın, şərbəti, bankadakı, əriklərin, əriyin, tökdükcə, şərbət, soyuyanadək, dəsmalla, Proseduru, Soyudun, götürün
BİZİ İZLƏYİN