• Doğranmış ərik mürəbbəsi resepti

Reseptin məlumatları Baxış sayı: 16 337

Tarix : 19-10-2014, 10:00

Bölmə : Mürəbbələr - Marmaladlar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq ərik
800 q şəkər tozu
1 st. su

Hazırlanması:
Əriyi yuyun. Dənəsini çıxarın. Uzunasına 4 yerə bölün.

Şərbət üçün 800 q şəkər tozuna 1 st. su töküb qaynadın. Qaynara düşəndə əriyi içinə tökün. İti odda bişirin. Arada kəfini yığın. Ortasında iri qabarcıqlar əmələ gələndə ocaqdan götürün.
Bankalara isti-isti yığın.

Əriyi bütöv də bişirmək olar. Doğramadan dənəsini çıxarın. Dənələri sındırıb yenidən əriklərin içinə doldurun. Sonra yuxarıdakı qayda ilə bişirin.

Nuş olsun!
Etiketlər: bişirin, içinə, yığın, çıxarın, şəkər, Əriyi, bütöv, bişirmək, gələndə, Bankalara, Doğramadan, götürün, ocaqdan, sındırıb, Sonra, yuxarıdakı, qayda, olsun, doldurun, əriklərin
BİZİ İZLƏYİN