• Limonlu kivi mürəbbəsi resepti

Reseptin məlumatları Baxış sayı: 23 141

Tarix : 2-06-2014, 12:51

Bölmə : Mürəbbələr - Marmaladlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 kq kivi
5 ədəd limonun rəndələnilmiş qabığı
5 su stəkanı toz şəkər
1 ədəd limonun suyu

Hazırlanması:
Kivilərin qabıqlarını soyun. Kub şəklində doğrayıb bir qazana yığın. Üzərinə toz şəkər əlavə edib şəkər yaxşıca əriyənə qədər gözlədin. Daha sonra odun üzərinə qoyub, üzərinə rəndələnmiş limon qabığı qatın. Az odda, qazanı hərdənbir yelləyib qarışdıraraq və üzərində yığılan köpükləri alaraq 50 dəqiqə bişirin. Müddətin sonunda limon suyunu əlavə edin. Bir neçə dəqiqə daha bişirib odun üzərindən götürün. Soyuduqdan sonra təmiz və quru qablara köçürün. Sərin bir yerdə saxlayın.

Nuş olsun!
Etiketlər: şəkər, əlavə, sonra, üzərinə, dəqiqə, limon, qabığı, limonun, üzərində, sonunda, suyunu, Müddətin, bişirin, köpükləri, alaraq, bişirib, yığılan, üzərindən, Sərin, yerdə
BİZİ İZLƏYİN