• Ağ gilas mürəbbəsi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 71 534

Tarix : 21-06-2014, 18:56

Bölmə : Mürəbbələr - Marmaladlar / Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kilo ağ gilas
1 kilo şəkər
0,5 stəkan su

Hazırlanması:
Gilası suyun altında yuyun və içindəki tumlarını çıxardın.
Ağ gilas mürəbbəsi resepti - FOTO RESEPT


Şəkəri bir qazana tökün və üstünə suyu əlavə edin. Qazanı alov üzərinə qoyun. Şəkərli su qaynayandan sonra gilası siropun içinə atın və alovu orta gücə qoyun. Gilas siropun içində 10-15 dəqiqə qalmalıdır. Sonra isə alovu söndürün.
Ağ gilas mürəbbəsi resepti - FOTO RESEPT


Qazanı 4 saatlıq qırağa qoyun. Qazanın içindəki tam soyumalıdır. Gilas bu vaxta öz suyunu siropa buraxacaq, şəkərli sirop isə gilasın içinə dolacaq. Birinci qaynamadan sonra gilas mürəbbəsi belə görsənəcək.
Ağ gilas mürəbbəsi resepti - FOTO RESEPT


Bu prosessi 3 dəfəyəycən təkrar edin. Vacibdir ki, siz mürəbbəni hər dəfə tam soyudasınız.

Hazır olunmuş mürəbbə yaqut rəngində olmalıdır.
Ağ gilas mürəbbəsi resepti - FOTO RESEPT


Azərbaycanda bəzi ailələr gilasın içinə tumun əvəzinə qoz ləpəsi qoyub mürəbbəni belə üsulnan bişirirlər.

Nuş olsun!
Etiketlər: içinə, qoyun, içindəki, alovu, sonra, Gilas, Qazanı, gilas, mürəbbəni, gilasın, siropun, Vacibdir, təkrar, görsənəcək, dolacaq, sirop, şəkərli, Birinci, qaynamadan, prosessi
BİZİ İZLƏYİN