• Təzə ərik mürəbbəsi resepti

Reseptin məlumatları Baxış sayı: 15 606

Tarix : 1-04-2016, 09:00

Bölmə : Mürəbbələr - Marmaladlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq təzə ərik (bərk olanlardan),
700 gram toz şəkər,
2 su stəkanı su,
Yarım çay qaşığı limon duzu,

Hazırlanması:
Ərikləri yuyub süzdükdən sonra çəkirdəklrini çıxardın və ikiyə bölün.
Ərikləri qazana yığın.
Üzərinə şəkəri əlavə edib bir neçə saat bu şəkildə saxlayın.
Daha sonra suyunu əlavə edin.
Yüksək atəşdə bir neçə dəqiqə qaynadın.
Atəşi azaldıb üzərinə toplanan köpükləri təmizləyərək 15 dəqiqəyə yaxın bişirin.
Ocaqdan almaya bir neçə dəqiqə qalanda limon duzunu əlavə edin.
Otaq temperaturunda soyumaya qoyun.

Nuş olsun!
Etiketlər: əlavə, Ərikləri, limon, dəqiqə, sonra, üzərinə, toplanan, köpükləri, azaldıb, Yüksək, atəşdə, qaynadın, Atəşi, təmizləyərək, yaxın, duzunu, temperaturunda, soyumaya, qoyun, qalanda
BİZİ İZLƏYİN