• Boranı şəkərləməsi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 909

Tarix : 4-03-2016, 13:00

Bölmə : Mürəbbələr - Marmaladlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Tərkibi:
800 q boranı
1 portağal
500 q şəkər tozu
1 darçın çubuğu
0,5 st. su

Hazırlanması:
Boranının tumunu, saplarını təmizləyin, qabığını soyun. Orta ölçüdə kublara doğrayıb dərin qaba yığın.
Üzərinə şəkər tozu səpib bir gecə soyuducuda saxlayın.
Gecə ərzində şəkər tozu boranının şirəsində tam əriyəcək.
Portağalı yaxşıca yuyub qurulayın, dilimləyib dənələrini çıxarın. Blenderə yığın.
Eynicinsli kütlə alınanadək blenderin yüksək sürətində xırdalayın.
Qazana boranı şirəsini süzün, 0,5 st. su, portağal püresi və darçın çubuğunu əlavə edin, ocağın üstünə qoyun.
Qaynara düşəndə boranı dilimlərini əlavə edin. Səliqə ilə qarışdırın, qaynayandan sonra vam odda 5 dəqiqə bişirin. Ocaqdan götürün. Tam soyudun.
Bu proseduru 3 dəfə təkrarlayın - qaynara düşəndən sonra 5 dəqiqə bişirib ocaqdan götürün, tam soyudun.
Sonra boranı dilimlərini perqamentin üzərinə düzün. 130 dərəcə qızdırılmış sobada 40-60 dəqiqə qurudun.
Sonra bol-bol şəkər pudrası səpin. Hər tərəfini şəkər pudrasına batırın. Bankalara yığıb otaq temperaturunda saxlayın.
Qazanda qalan boranılı-portağallı cemi piroq, bulka və s. üçün istifadə edə bilərsiniz.

Boranı şəkərləməsi resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: şəkər, boranı, dəqiqə, sonra, saxlayın, dilimlərini, soyudun, Sonra, yığın, götürün, əlavə, portağal, darçın, bişirib, düşəndən, qaynara, ocaqdan, Səliqə, düzün, üzərinə
BİZİ İZLƏYİN