• Şəffaf alma mürəbbəsi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15906

Tarix : 10.02.2016, 20:00

Bölmə : Mürəbbələr - Marmaladlar, Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Tərkibi:
1 kq təmizlənmiş alma
900 q şəkər tozu

Hazırlanması:
Almalar tam yetişməmiş və bir az bərk olmalıdır. Çoxdan dərilmiş və yetişmiş meyvələr yaramır, çünki şərbətdə bir neçə dəqiqə qaynayandan sonra püreyə dönəcək.

Yuyub, cecəsini çıxarın.

5-10 mm qalınlıqlı dilimlərə doğrayın.

Təmizlədikdən sonra çəkin, 1 kq almaya 900 q şəkər tozu götürün.

Arasına şəkər tozu səpməklə lay-lay qazana yığın. Bir gecə saxlayın.

Səhəri günədək alma şirəsini buraxacaq, şəkər tozu, demək olar ki, tam əriyəcək.

Vam ocağın üstünə qoyun, qaynara düşəndən sonra 5 dəqiqə bişirin, ocağı söndürün. Alma dilimlərini şərbət tam örtmədiyinə görə bişirən zaman qaşıqla üzərindən ehmalca aşağı basın ki, şərbətə batsın, amma qarışdırmayın.

7-8 saatdan sonra yenə qazanı vam ocağın üstünə qoyun, qaynara düşəndən sonra 5 dəqiqə qaynadın və ocaqdan götürün. (Yenə də bişirərkən qarışdırmadan alma dilimlərini şərbətə batırın).

Sabahı gün səhər yenə eyni qaydada (5 dəqiqə) bişirin. Həmin günün axşamı isə 10-15 dəqiqə qaynatmaq gərək olacaq. Bu zaman şirədən bir neçə damcı nəlbəkiyə damızdırın, axmasa, deməli, hazırdır.

Mürəbbəni sterilizə edilmiş bankalara qaynar-qaynar yığın, qapağını bağlayın.

Şəffaf alma mürəbbəsi resepti - FOTO RESEPT

Nuş olsun!

Etiketlər: sonra, dəqiqə, şəkər, ocağın, üstünə, götürün, qoyun, yığın, düşəndən, qaynar, şərbətə, zaman, dilimlərini, qaynara, bişirin, batırın, qarışdırmadan, bişirərkən, Sabahı, səhər
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN