• Portağallı ərik cemi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 22 959

Tarix : 21-06-2014, 17:48

Bölmə : Mürəbbələr - Marmaladlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1.5 litrlik cem üçün
1.5 kq çəyirdəyi çıxarılmış ərik (yarıya ayırıb çəyirdəyi çıxarılmalıdır)
1 kq şəkər tozu
1 ədəd portağal – təxminən 1 fincan – qabığıyla birgə xırda doğranmış portağal (tumları çıxarılmalıdır)

Hazırlanması:
Çəyirdəyi çıxarılmış,yuyulmuş əriklər böyük tavaya tökülür. Meyvələrin üzərinə şəkər tozu əlavə edilir və 2-3 saat kənara qoyulur. Şəkər tozu tamamilə əriyəndə,əriklərin suyu çıxanda üzərinə doğranmış portağal əlavə olunur.
Portağallı ərik cemi resepti - FOTO RESEPT


Tava sobanın üzərinə qoyulur. Orta dərəcəli odda, təxminən 2 saat qaynadılır. Qaynayan zaman mütəmadi olaraq tavaya yapışmasın və yanmasın deyə mürəbbə yavaş-yavaş qarışdırılır. Cemin üzərində köpük əmələ gəldikcə kəfgir qaşıqla yığılır. Bişməsinə az qalmış cemin üzərindəki qabarcıqlar daha da qatılaşır,suyu mətləşir. Bu zaman tava ocağın üzərindən götürülür. Otaq tempraturuna gətirildikdən, soyuduqdan sonra cem qaşıqla bankalara yığılır,ağzı bağlanır və sərin yerdə saxlanır.
Portağallı ərik cemi resepti - FOTO RESEPT

Portağallı ərik cemi resepti - FOTO RESEPT


Qeyd: Çox yumşaq və yetişmiş əriklərdən istifadə olunmalıdır. Ərikləri doğramağa ehtiyac yoxdur,cem bişən zaman onlar yumşalacaq. Cemə əlavə etmək üçün seçilən portağal da sulu olmalıdır. Daha yaxşı olar ki,nazik qabıqlı və ətirli olsun. Şəkər tozunun miqdarı əriklərin şirinliyinə görə müəyyən edilir, zövqə görə şəkərin miqdarını artıra və ya azalda bilərsiz. Bizim əriklər şirin olduğundan reseptdəki ölçü cemə hazırlamaq üçün tam uyğun gəlir.

Nuş olsun!
Etiketlər: portağal, zaman, əlavə, üzərinə, edilir, əriklər, tavaya, Şəkər, qaşıqla, yığılır, yavaş, olsun, doğranmış, qoyulur, əriklərin, çıxarılmalıdır, təxminən, çıxarılmış, şəkər, çəyirdəyi
BİZİ İZLƏYİN