• Öz şirəsində ərik resepti

Reseptin məlumatları Baxış sayı: 14 869

Tarix : 20-07-2016, 15:00

Bölmə : Mürəbbələr - Marmaladlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Ərik kimi digər meyvə və giləmeyvələri - gavalı, nektarin, qara qarağat, dənəli gilənar və s. - də öz şirəsində bağlayıb qışa saxlamaq olar. Piroq, rulet, blinçik, tort, kompot, kisel və s. üçün gərək olanda əvəzsizdir.

Tərkibi:
meyvələr
şəkər tozu

Hazırlanması:
Meyvə ilə şəkər tozunu 1:3 nisbətində götürün. Yəni 3 kq meyvə üçün 1 kq şəkər tozu.

Əriyi yuyun, iki bölüb dənələrini çıxarın. Məsələn, gilənarı elə dənəli də hazırlamaq olar, çünki dənəsini çıxarmaq çox vaxt aparır (amma dənəli meyvələri 8-9 aydan artıq saxlamaq olmaz, dənənin tərkibi elədir ki, sionid turşusu yaradır və zəhərlənmə verir).

Əriyin üzərinə şəkər tozunu səpin.

Vam odun üzərinə qoyun. Meyvə tədricən qızaraq şirəsini verəcək. Şəkər tozu da tədricən əriyərək şirəylə qarışıb şərbət əmələ gətirəcək. Vaxtaşırı səliqəylə qarışdırın.

Bu arada bankaları sterilizə edin.

Əriyi qaynara düşənədək bişirin. Amma qaynatmayın.

Ocaqdan götürüb sterilizə edilmiş bankalara yığın, dəmir qapaqla bağlayın.

Soyuq yerdə saxlayın.

Nuş olsun!
Etiketlər: şəkər, dənəli, sterilizə, Əriyi, meyvə, tozunu, saxlamaq, Meyvə, üzərinə, tədricən, terkibi, tərkibi, sionid, elədir, dənənin, şirəylə, əriyərək, Şəkər, verəcək, turşusu
BİZİ İZLƏYİN