• Yalançı ananas resepti

Reseptin məlumatları Baxış sayı: 16 784

Tarix : 23-07-2016, 19:00

Bölmə : Mürəbbələr - Marmaladlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq təmizlənmiş qabaq
350 q ananas şirəsi
0,5 st. şəkər tozu
2/3 ç.q. limon turşusu
bıçağın ucunda vanil

Hazırlanması:
Təzə qabaq götürün. Ortasını çıxarın. Qabaqdan başqa digər ərzağı qazana töküb qarışdırın. Ocağın üstünə qoyun. Qabağı əlavə edib qaynara düşəndən sonra 15 dəqiqə bişirin. Arada səliqə ilə qarışdırın. Sterilizə edilmiş bankalara yığıb bağlayın. Soyuyanadək isti ədyala bükün. Sonra isə soyuq yerdə saxlayın.

Nuş olsun!
BİZİ İZLƏYİN