• Şaftalı mürəbbəsi resepti

Reseptin məlumatları Baxış sayı: 100 111

Tarix : 10-07-2014, 23:36

Bölmə : Mürəbbələr - Marmaladlar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1,5 kq çəyirdəyi çıxarılmış şaftalı
1 kq şəkər tozu
darçın çubuğu
limon

Hazırlanması:
Yetişmiş, amma bərk şaftalı eçin. Yuyun (üstünə qaynar su töküb qabığını soymaq da olar). Dənəsini çıxarıb dilimləyin.

Üzərinə şəkər tozu səpib 1 saat saxlayın. Çox zəif ocağın üstünə qoyun. İçinə darçın çubuğu salın. Qaynara düşəndə ocaqdan götürün.

Proseduru daha iki dəfə təkrar edin. Hər dəfə də çox zəif odda, hərdənbir taxta qaşıqla qarışdıraraq bişirin. Axırıncı dəfə bir limonun şirəsini əlavə edib daha 10-15 dəqiqə qaynadın.
Şaftalı mürəbbəsi resepti


Mürəbbəni qaynar-qaynar steril bankalara yığıb ağzını bağlayın və tərs çevirib soyuyanadək saxlayın.

Nuş olsun!
Etiketlər: qaynar, çubuğu, saxlayın, darçın, şəkər, üstünə, şaftalı, şirəsini, limonun, Axırıncı, qaşıqla, hərdənbir, təkrar, taxta, əlavə, qarışdıraraq, bişirin, steril, bağlayın, çevirib
BİZİ İZLƏYİN