• Şokolad mussu ilə mandarinli jele resepti

Reseptin məlumatları Baxış sayı: 5111

Tarix : 20.08.2016, 20:00

Bölmə : Mürəbbələr - Marmaladlar, Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
ele:
300 ml mandarin şirəsi (xırda gözlü ələkdən süzülmüş)
50-100 q şəkər tozu
1 paket vanilli şəkər
8 q jelatin

şokoladlı muss:
100 ml süd
150 q şokolad
200 ml 33%-li qaymaq
5 q jelatin
1 paket vanilli şəkər

Hazırlanması:
Jele: Jelatini mandarin şirəsində 10 dəqiqə isladın. Şəkər tozu və vanilli şəkər qatıb ocağın üstünə qoyun, jelatin və şəkər tozu əriyənədək qızdırın (qaynatmaq olmaz). Süzün. Formaların içinə paylayın (hündürlüyünün 2/3-nə qədər). Donması üçün soyuducuya qoyun.

Muss: Jelatini 50 ml soyuq suda 10 dəqiqə isladın. Südü ocağın üstünə qoyun, qaynara düşəndə vanilli şəkər tökün. Ocaqdan götürüb 5 dəqiqə saxlayın. Jelatini əlavə edib qarışdırın, xırdalanmış şokolad əlavə edin. Eynicinsli, parlaq kütlə alınanadək çalın.
Qaymağı çalın, soyumuş şokolad mussu ilə qarışdırıb çalın. Ulduz ucluqlu konditer torbasına doldurun. Soyuducudan jeleləri çıxarıb üzərini şokoladlı mussu ilə bəzəyin. Sedra da səpə bilərsiniz.

Nuş olsun!

Etiketlər: şəkər, vanilli, jelatin, dəqiqə, şokolad, Jelatini, çalın, qoyun, mandarin, isladın, mussu, üstünə, əlavə, ocağın, şokoladlı, paket, Sedra, kütlə, alınanadək, bəzəyin
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica