• Gilənar mürəbbəsi resepti

Reseptin məlumatları Baxış sayı: 57 658

Tarix : 10-07-2014, 23:51

Bölmə : Mürəbbələr - Marmaladlar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq gilənar
1 kq şəkər tozu
150 ml su

Hazırlanması:
Gilənarın saplağını təmizləyib yuyun. Aşsüzənə yığın.
Sirop hazırlamaq üçün şəkər tozunu ləyənə töküb üzərinə su əlavə edin. Şəkər tozu tam əriyənədək vam odda bişirin.
Meyvəni qaynar siropa tökün, qarışdırıb 6-8 saat saxlayın.

Sonra ocağın üstünə qoyun. Qaynara düşəndən sonra 10 dəqiqə qaynadın, söndürün. Sonra daha 6-8 saat saxlayıb, yenə 10 dəqiqə qaynadın.

Gilənar mürəbbəsini yığdığınız bankaları sterilizə etmək vacibdir. Bunun üçün iri qazana su töküb qapaqları və ağzıaçıq bankaları üzüaşağı içinə qoyaraq təxminən 15-20 dəqiqə qaynadın.

Hazır mürəbbəni sterilizə edilmiş bankalara yığıb qapaqlarını bağlayın, bankaları tərs çevirin. Soyuyanda düzəldin.

Yaxşı olar ki, çəyirdəkli meyvələrin çəyirdəyini çıxarasınız. Çünki uzun müddət saxladıqda bu çəyirdəklər özlərindən həddən artıq təhlükəli olan sian birləşmələri ifraz etməyə başlayır. Bu isə qida zəhərlənmələrinə səbəb olur. (Bu qayda kompotlara da aiddir).

Nuş olsun!
Etiketlər: bankaları, dəqiqə, qaynadın, töküb, sterilizə, şəkər, Sonra, yığıb, Yaxşı, qapaqlarını, bağlayın, düzəldin, çevirin, Soyuyanda, edilmiş, içinə, üzüaşağı, ağzıaçıq, qoyaraq, təxminən
BİZİ İZLƏYİN