• Qoz mürəbbəsi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 30 389

Tarix : 11-07-2014, 00:15

Bölmə : Mürəbbələr - Marmaladlar / Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Qoz mürəbbəsi dadlı olması ilə yanaşı, həm də çox faydalıdır. O, insan orqanizmində yod, həmçinin C və E, B qrupu vitaminlərinin çatışmazlığını aradan qaldırır.

Tərkibi:
100 ədəd sütül qoz
2 kq şəkər tozu
1 limon
10 ədəd mixək
0,5 kq söndürülmüş əhəng

Hazırlanması:
Mürəbbə bişirmək üçün hələ qabığı bərkiməmiş yaşıl qoz götürün. Əlinizə əlcək geyin (sütül qozun tərkibində yod çoxdur, bu səbəbdən əlinizdə qara ləkələr əmələ gələ bilər). Qozları yuyub qabığını soyun. İki gün soyuq qaynanmış suda saxlayın. Bu müddətdə sutkada 5 dəfə olmaqla suyu dəyişin (iki günə 10 dəfə).
Qoz mürəbbəsi resepti - FOTO RESEPT

Qoz mürəbbəsi resepti - FOTO RESEPT

Qoz mürəbbəsi resepti - FOTO RESEPT


İki sutkadan sonra suyu süzün, qozun üstünə əhəngli su töküb bir gün saxlayın (bəzi xanımlar qozu əhəngdə 2-3 gün saxlamağı məsləhət görürlər).

Əhəngli suyu əvvəlcədən hazırlamaq lazımdır. Bunun üçün 0,5 kq söndürülmüş əhəngin üstünə 5 l qaynadılmış soyuq su töküb qarışdırın. 4 saatdan sonra bu suyu bir neçə qat tənzifdən keçirib qozların üstünə tökün.
Qoz mürəbbəsi resepti - FOTO RESEPT


Bir (yaxud 2-3) sutka sonra əhəngli suyu süzüb, qozları çəngəllə bir neçə yerindən deşin.
Qoz mürəbbəsi resepti - FOTO RESEPT


Bütün qozları deşəndən sonra yenə üstünə soyuq qaynanmış su tökün. Hər sutka 5 dəfə olmaqla suyu dəyişərək yenə iki sutka saxlayın.
Qoz mürəbbəsi resepti - FOTO RESEPT


Beləcə, 5 gün hazırlıqdan sonra suyu süzün, qozları qaynayan suya salıb 10 dəqiqə saxlayın. Sonra çıxarıb aşsüzənə yığın.
Qoz mürəbbəsi resepti - FOTO RESEPT


Mürəbbə üçün şərbət hazırlayın. 2 kq şəkər tozunu 2 st. qaynanmış su, 1 limonun şirəsi və 10 mixəklə qarışdırıb bişirin.
Qoz mürəbbəsi resepti - FOTO RESEPT

Qoz mürəbbəsi resepti - FOTO RESEPT


Bu şərbətin içinə qozları töküb vam odda bişirin. Qaynara düşəndə götürün. Arada 4-5 saat saxlamaq şərtilə 2-3 dəfəyə vam odda bişirin.
Qoz mürəbbəsi resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: sonra, üstünə, saxlayın, qozları, qaynanmış, sutka, bişirin, soyuq, töküb, Mürəbbə, tökün, süzün, götürün, olmaqla, qozun, söndürülmüş, əhəngli, sütül, şəkər, deşin
BİZİ İZLƏYİN