• Xaş-xaş ilə armud mürəbbəsi resepti

Reseptin məlumatları Baxış sayı: 14 820

Tarix : 24-08-2016, 22:00

Bölmə : Mürəbbələr - Marmaladlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
400 q armud
100 q şəkər tozu
2 x.q. limon şirəsi
1 x.q. xaş-xaş
0,5 budaq vanil

Hazırlanması:
Armudun cecəyini çıxarıb kubik doğrayın. Qabığını da soya bilərsiniz, amma çox nazikdirsə, saxlaya bilərsiniz.

Üzərinə şəkər tozu səpin, 1 qaşıq limon şirəsi töküb 1,5-2 saat saxlayın. Şirəsi çıxacaq.

Vanil budağını aralayıb əlavə edin. Vam odda bişirin. Qaynara düşəndən sonra səliqə ilə qarışdıraraq 20 dəqiqə bişirin.

Xaş-xaşı quru tavada qovurun.

Xaş-xaşı mürəbbəyə qatın, 1 x.q. limon şirəsi əlavə edib yenidən ocağa qoyun, 10 dəqiqə bişirin. (Bu mərhələdə ocağa qoymazdan əvvəl onu blenderdən keçirib püre halına da sala bilərsiniz, o zaman cem olacaq).

Sterilizə edilmiş bankalara yığın.

Nuş olsun!
Etiketlər: bişirin, şirəsi, limon, bilərsiniz, ocağa, dəqiqə, əlavə, şəkər, yenidən, qoyun, mərhələdə, qatın, mürəbbəyə, qarışdıraraq, budaq, tavada, qovurun, qoymazdan, əvvəl, Sterilizə
BİZİ İZLƏYİN