• Qarpız mürəbbəsi resepti

Reseptin məlumatları Baxış sayı: 5164

Tarix : 29.09.2016, 22:00

Bölmə : Mürəbbələr - Marmaladlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq. təmizlənmiş və doğranmış qarpız qabığı (hazırlanması reseptdə)
3 xörək qaşığı çay sodası
1.5 kq. şəkər tozu
15 stəkan su
1 ətirşah yarpağı və ya qısa darçın cubuğu və ya 3-4 ədəd mixək

Hazırlanması:
1. Qarpızın qabığının qırmızı və yaşıl hissəsindən təmizləyin. Ağ qabığı ziqzaqvari bıçaqla təxminən 2.5 sm. ölçüsündə doğrayın.

2. Qabığı ləyənə qoyub, üstünü örtəcək qədər su doldurun. Sodanı buraya əlavə edin. Ləyəni 2 saatlığa kənara qoyun (soda qabığı bərkidəcək, bişdiyində qabıq dağılmayacaq). Qabığı süzüb, suyun altında yaxşıca yuyub yenidən süzün.

3. Ləyənə qabığı örtəcək qədər su tökün. Qaynadın. 2 dəqiqə qaynatdıqdan sonra, qabığı aşsüzənə boşaldın. Bu addımı bir dəfə də təkrarlayın.

4. Süzülmüş qabığa şəkər və 15 stəkan suyu əlavə edin. Arada qarışdıraraq orta odda qaynadın. 2 saat 45 dəqiqə qaynatdıqdan sonra, ətirşah və ya istifadə edəcəyiniz ədvanı əlavə edib, mürəbbəni 15 dəqiqə də bişirin. Hazır qarpız mürəbbəsi şəffaf və açıq sarı rəngdə olmalıdır. Əgər ləyənin kənarları şəkərlənməyə başlayırsa, deməli mürəbbə çox bişib. Bir az su əlavə edib qaynadın. Ləyəni kənara çəkin. Yarpaq və ədvanı çıxardın.

5. Mürəbbəni ləyəndə soyudun. Sonra isə təmiz, sterilizə edilmiş bankaya yığıb sərin yerdə saxlayın.

Nuş olsun!

Etiketlər: qabığı, əlavə, dəqiqə, qədər, örtəcək, Ləyəni, ədvanı, qaynatdıqdan, sonra, qaynadın, kənara, Qabığı, ətirşah, şəkər, stəkan, qarpız, edilmiş, sərin, edəcəyiniz, mürəbbəni
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica