• Kivi mürəbbəsi resepti

Reseptin məlumatları Baxış sayı: 20 641

Tarix : 27-07-2014, 03:59

Bölmə : Mürəbbələr - Marmaladlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq kivi
1 limon
1 limonun şirəsi
900 q şəkər tozu

Hazırlanması:
Limonu fırça ilə tərtəmiz yuyub nazik dilimləyin. 100 q şəkər tozu və 100 ml su ilə birlikdə qazana qoyun.
Kivinin qabığını təmizləyib həlqə doğrayın və limon olan qazana qoyun. Limon şirəsi və qalan şəkər tozunu da əlavə edin. Qaynara düşəndə saxsı qaba tökün və otaq temperaturunda bir gecə saxlayın. Sabahı gün mürəbbəni yenidən qazana tökün, qaynara düşəndən sonra daha 20 dəqiqə qaynadın, hərdənbir qarışdırın. Sterilizə olunmuş bankalara tökün, soyuyandan sonra ağzını qapaqla bağlayıb soyuq yerə qoyun.

Nuş olsun!
Etiketlər: tökün, qoyun, şəkər, qazana, sonra, limon, şirəsi, düşəndən, dəqiqə, qaynara, yenidən, temperaturunda, saxlayın, Sabahı, mürəbbəni, qaynadın, qarışdırın, ağzını, qapaqla, bağlayıb
BİZİ İZLƏYİN