• Şaftalı mürəbbəsi resepti

Reseptin məlumatları Baxış sayı: 4133

Tarix : 30.11.2016, 17:00

Bölmə : Mürəbbələr - Marmaladlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1,5 kq çəyirdəyi çıxarılmış şaftalı
1 kq şəkər tozu
darçın çubuğu
limon

Hazırlanması:
Yetişmiş, amma bərk şaftalı seçin. Yuyun (üstünə qaynar su töküb qabığını soymaq da olar). Dənəsini çıxarıb dilimləyin.
Üzərinə şəkər tozu səpib 1 saat saxlayın. Çox zəif ocağın üstünə qoyun. İçinə darçın çubuğu salın. Qaynara düşəndə ocaqdan götürün. Proseduru daha iki dəfə təkrar edin. Hər dəfə də çox zəif odda, hərdənbir taxta qaşıqla qarışdıraraq bişirin. Axırıncı dəfə bir limonun şirəsini əlavə edib daha 10-15 dəqiqə qaynadın.
Mürəbbəni qaynar-qaynar steril bankalara yığıb ağzını bağlayın və tərs çevirib soyuyanadək saxlayın.

Nuş olsun!

Etiketlər: qaynar, saxlayın, üstünə, çubuğu, darçın, şaftalı, şəkər, limonun, şirəsini, Axırıncı, bişirin, taxta, təkrar, Proseduru, hərdənbir, əlavə, qaşıqla, qarışdıraraq, steril, bağlayın
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica