• Kəsmikli-bananlı dietik şirniyyat resepti

Reseptin məlumatları Baxış sayı: 20 279

Tarix : 13-01-2018, 20:00

Bölmə : Pəhriz yeməkləri / Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
400 qr. dietik kəsmik
400 qr. yetişmiş banan
1 ədəd yumurta
75 qr. yulaf unu
1 xörək qaşığı bal

Hazırlanması:
Bananları qabıqdan təmizləyib blenderdə əzin. Üzərinə qalan inqidiyentləri ələvə edin və qarışdırın. Dərin qabı perqament(qida kağızı) ilə örtüb üzərinə qarışımı tökün. 40-45 dəqiqə ərzində şirniyyatı 180 dərəcəlik sobada bişirin. Bişdikdən sonra soyumağa qoyun. Son olaraq üzərinə giləmeyvə pyuresi və ya təzə giləmeyvə əlavə edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: üzərinə, giləmeyvə, şirniyyatı, dərəcəlik, sobada, ərzində, dəqiqə, tökün, bişirin, qarışımı, Bişdikdən, pyuresi, əlavə, bilərsiniz, olaraq, qoyun, sonra, soyumağa, örtüb, kağızı
BİZİ İZLƏYİN