• Alma marmeladı resepti

Reseptin məlumatları Baxış sayı: 27 463

Tarix : 16-12-2014, 17:00

Bölmə : Pəhriz yeməkləri / Uşaq yeməkləri / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Bu şirniyyatla həm uşaqları, həm də pəhriz saxlayanları sevindirə bilərsiniz: o, adamı kökəltmir.

Tərkibi:
5 iri alma
100 q şəkər tozu (alma çox şirindirsə, azaldın)
2 x.q. nişasta
100 ml su
20 q jelatin

Hazırlanması:
Jelatinin üzərinə su töküb şişməsini gözləyin.

Nişastanı azacıq suda əridin.

Almaların qabığını soyun, cecəsini çıxarın, sürtgəcin iri gözündən keçirin.

Qazana töküb üzərinə şəkər tozu səpin, su tökün. İti ocağın üstünə qoyun, qaynara düşəndən sonra ocağı azaldın, qarışdıraraq 30-40 dəqiqə bişirin.

Suda əritdiyiniz nişastanı əlavə edib yaxşıca qarışdırın. Qaynara düşəndə götürün, qaynar-qaynar blenderdən keçirin (blender yoxdursa, ələkdən keçirin).

Jelatini tam əriyənədək qızdırın, alma püresinə qatıb yaxşıca qarışdırın.

Formanın içinə perqament, yaxud qida plyonkası çəkin, marmeladı tökün, hamarlayın.

Soyuducuda tam bərkiyənədək saxlayın.

Sonra formadan çıxarıb doğrayın.

Üzərini qoz-fındıq, ərik, kişmiş, qara gavalı ilə də bəzəyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: keçirin, qaynar, şəkər, üzərinə, azaldın, bilərsiniz, yaxşıca, tökün, qarışdırın, töküb, əriyənədək, Jelatini, qızdırın, Formanın, qatıb, püresinə, blender, düşəndə, Qaynara, əlavə
BİZİ İZLƏYİN