• Arpa yarmasından pəhriz salatı resepti

Reseptin məlumatları Baxış sayı: 14 830

Tarix : 25-09-2016, 20:00

Bölmə : Pəhriz yeməkləri / Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
- Beş stəkan tərəvəz və ya toyuq bulyonu
- İki stəkan doğranmış cəfəri
- Bir ədəd yerkökü
- Bir ədəd yaşıl soğan
- Bir stəkan arpa yarması
- Bir stəkan ölçüsündə doğranmış pomidor və xiyar
- İki xörək qaşığı limon suyu
- İki çay qaşığı duru yağ (zeytun yağı məsləhətdir)
- Zövqə görə qara bibər və duz

Hazırlanması:
Pomidor və xiyar kub şəklində, cəfəri və soğan
isə çox xırda şəkildə doğranılır. Yerkökü sürtgəcdən keçirilir. Arpa
yarmasını suda və ya bulyonda bişiririk. Daha sonra bişmiş arpanı
hazırladığımız tərəvəzlərlə qarışdırırıq və salat hazırdır. Salatı
isti, həm də soyuq şəkildə süfrəyə vermək olar.

Nuş olsun!
Etiketlər: stəkan, cəfəri, xiyar, doğranmış, qaşığı, soğan, şəkildə, bişmiş, arpanı, sonra, yarmasını, sürtgəcdən, keçirilir, hazırladığımız, bulyonda, bişiririk, qarışdırırıq, süfrəyə, vermək, olsun
BİZİ İZLƏYİN