• Balqabaqlı dietik mannik resepti

Reseptin məlumatları Baxış sayı: 16 559

Tarix : 20-02-2017, 22:00

Bölmə : Pəhriz yeməkləri / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
600 qram balqabaq
50 qram mannı yarması
250 qram kəsmik
3 yumurta
1 çimdik darçın
Şəkər əvəzedici zövqə görə

Hazırlanması:
Balqabağı təmizləyin.
Xırda formada doğrayın və qazana qoyun, üstünə 150 qram su tökün və 20-30 dəqiqə odda yumşalana qədər bişirin.
Başqa qabda yumurtanı mikserlə çalın.
Kəsmiyi əlavə edib çalmağa davam edin.
Şəkər əvəz edici zövqə görə əlavə edin.
Bunu balla da əvəz etmək olar.
Mannı yarmasını, darçını, yumurtaya əlavə edin və balqabaq ilə bunları yaxşı qarışdırın.
Soba qabına yağlı kağız qoyun.
Balqabaqlı kütləni qaba tökün.
Əvvəlcədən isidilmiş 170 dərəcəli sobada 40-50 dəqiqə qızılı rəng alana qədər bişirin.

Nuş olsun!
Etiketlər: əlavə, Şəkər, qədər, balqabaq, zövqə, dəqiqə, qoyun, tökün, bişirin, yumurtaya, yarmasını, balla, edici, etmək, Mannı, bunları, darçını, yaxşı, dərəcəli, isidilmiş
BİZİ İZLƏYİN