Tərkibi:Xəmir üçün:
Sizə əsl italyan pizzasının xəmirini verirəm
1 st. su (dolu olmayan 200 ml.)
2 st. un
2 x.q. zeytun yağı
1/2 ç.q. duz
1/2 ç.q. maya
Iliq suda mayani qarişdırın.
Sonra unu, suyu, duzu, zeytun yağini qarişdırın. Xemir ələ yapişmamalidir. Üsdünü bağlıyın xəmir mayalansın, 2 dəfə qalxmalidir xemir.
Xemir hazir olanda liste nazik yayın.
İçlik üçün:
1/2 toyuq filesi
1 top mozzarella pendiri
Fileni suda bişirib tikələrə kəsirik. Mozzarellanı nazik xalqalara kəsirik.
Üstü üçün:
pamezan pendiri
yaşıl salat (aysberq olmasa kahı)
Parmezan pendirini sürtkəcdən keçiririk. Yaşıl salatı xırda olmayan tikələrə kəsirik və ya əlimizlə parçalayırıq.
Sous üçün:
1 yumurta
100 ml. zeytun və ya günəbaxan yağı
2 ançous yağda (balıqdır, qatmaya bilərsiz)
1 ç.q. Dijion xardalı (sizdə olan xardalı istifadə edə bilərsiz)
1 x.q. limon suyu
2 diş sarımsaq
2 ç.q. parmezan pendiri
1 ç.q. vuster sousu ( yoxdursa etməyin, marketlərdə satılır)
Hazırlanması:Sarımsağı xırda kəsirik. Parmezanı sürtkəcdən keçiririk. Ançousları xırda xırda kəsirik.
Bütün ərzaqları blendora əlavə edin və qatılaşana kimi çalın.
Sousu 3 gün soyuducuda saxlaya bilərsiz. Sous qatılaşmırsa daha çox yağ əlavə edin o zaman.
Hər şeyi hazır edəndən sonra pizzamızı yığaq.
Əvvəl nazik xəmirin üstünə sous sürtülür. Sonra toyuq və mozzarella pendiri düzülür.
İsti sobada 180 dərəcədə 20-30dəqiqə bişirilir.
Hazır pizzanın üstünə parmezan pendiri və yaşıl salat düzülür.
Nuş olsun!mənbə:
Günel Bahasun (instagram)
Etiketlər: kəsirik, pendiri, xırda, nazik, zeytun, bilərsiz, tikələrə, üstünə, yaşıl, toyuq, keçiririk, mozzarella, sürtkəcdən, parmezan, düzülür, olmayan, Sonra, salat, Xemir, xardalı