• Badımcanlı pizza resepti

Reseptin məlumatları Baxış sayı: 3 587

Tarix : 27-07-2018, 12:00

Bölmə : Pizza

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
Xəmir üçün:
1 st. su (dolu olmayan 200 ml.)
2 st. un
2 x.q. zeytun yağı
1/2 ç.q. duz
1/2 ç.q. maya

İçlik üçün:
1 orta boy badımcan
6-7 pomidor cherry və ya 1 adi pomidor
1/2 baş qırmızı soğan
1/2 yaşıl bolqar bibər
1/2 narıncı (sarı) bolqar bibər
2 x.q. qaymaqlı pendir (philadelphia, hochland, labne, ricotta)
1 top mozzarella pendiri
1/2 ç.q. oregano (kekik otu)
duz
istiot

Hazırlanması:
1.Iliq suda mayani qarişdırın.
Sonra unu, suyu, duzu, zeytun yağini qarişdırın. Xemir ələ yapişmamalidir. Üsdünü bağlıyın xəmir mayalansın, 2 dəfə qalxmalidir xemir.
Xemir hazir olanda liste nazik yayın.
2.Xəmirin üstünə qaymaqlı pendiri sürtün.
3.Badımcanı nazik-nazik xalqalara kəsin və pendirin üstünə düzün.
4.Pomidoru, soğanı, bolqar bibərlərini istədiyiniz formada kəsib xəmirə səpin.
5.Mozzarella pendirini xalqalara kəsib üstən düzün.
6.Duz, istiot, oregano üstən səpin.
7.əvvəldən isinmiş sobada 180-200 dərəcədə bişirin.
Pendirlərin sayəsində pizza çox yumuşaq və yüngül alınır.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: nazik, bolqar, səpin, istiot, oregano, üstən, qarişdırın, kəsib, üstünə, xalqalara, düzün, Xemir, qaymaqlı, pendiri, pomidor, zeytun, bibər, Pomidoru, bibərlərini, istədiyiniz
BİZİ İZLƏYİN