• Pizza resepti

Reseptin məlumatları Baxış sayı: 4 763

Tarix : 15-07-2018, 20:00

Bölmə : Pizza

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
5 stəkan un
2 çay qaşığı duz
2 çay qaşığı aktiv maya
2 stəkan ilıq su (təxminən 38-40°)
2 xörək qaşığı zeytun yağı

Hazırlanması:
Duzu və unu böyük bir qabda qarışdırın. Başqa bir qabda suyu, mayanı və zeytun yağını qarışdırın. Sonra bu iki qarışımı birlikdə yoğurun. Un tamamilə qarışanda xəmir hazır olub deməkdir. Xəmiri çox sərt yoğurmayın. Sonra xəmiri qaba qoyub üzərini streç folya ilə bağlayın. 1 saat mayalanmaq üçün saxlayın. Hazır olduqdan sonra xəmiri götürüb 3 hissəyə ayırın. Pizza forması verməmişdən əvvəl xəmiri 20 dəqiqə saxlayın. Sonra onlardan birini götürüb 25-30 sm genişliyində dairə formasında yayın. Əgər yaydıqca xəmir yenidən geri qayıdırsa onda xəmiri birləşdirib bir az da saxlamaq lazımdır. Bu müddətdə sobanı 250°C qızdırın. Pizzanı bişirəcəyiniz qabı da sobanın içərisində saxlayın. Sonra xəmiri yayıb üzərini istədiyiniz toppinqlə dordurub. Bundan əvvəl ketçup, mayonez kimi bir sousu xəmirin üzərinə əlavə edin. Pizzanın üzərini çox doldurmayın. Sonra pizzanı sobada 250°C-də qızdırılmış sobaya qoyun. Ən çox 10 dəqiqə sonra altı da qızarıbsa pizzanız hazırdır.Bişməmişdən bir neçə dəqiqə əvvəl çıxarıb üzərinə pendirini də əlavə edin.

Nuş olsun!
Etiketlər: Sonra, xəmiri, saxlayın, əvvəl, üzərini, dəqiqə, qaşığı, götürüb, xəmir, əlavə, üzərinə, sonra, stəkan, qarışdırın, 250°C, qabda, zeytun, birləşdirib, yayıb, istədiyiniz
BİZİ İZLƏYİN