• Bağlı focaccia pizzası resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 003

Tarix : 5-01-2016, 19:00

Bölmə : Pizza / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

250 q isti su
500 q un
25 q pivə mayası
5 x.q. zeytun yağı
15 q duz
2 ç.q. şəkər tozu

İç üçün:
200 q nazik dilimlənmiş "Mortadella" kolbasası
5 dilim ərinmiş pendir
bir neçə iri duz dənəsi
rozmarin - zövqə görə

Hazırlanması:
Xəmir:
mayanı balaca ləyənçədə 0,5 st. isti su və 2 ç.q. şəkər tozu ilə qarışdırın. Üstünə boşqab qoyub üstü köpüklənənədək saxlayın. Duzu qalan suda (0,5 st.) əridin.

İri ləyənə un ələyin, ortasında çala açın, gəlmiş mayanı, zeytun yağını, duzlu suyu əlavə edib xəmir qatın, 10 dəqiqə yoğurun. İsti yerə qoyun, üzərinə dəsmal çəkib 2-3 saat saxlayın.

Xəmir gələndə onu iki yerə ayırın. Bir hissəsini yayıb zeytun yağı çəkilmiş siniyə döşəyin. Bir neçə yerindən çəngəllə deşin.

Əvvəlcə nazik mortadella dilimləri (başqa, amma napnazik doğranmış kolbasa da götürə bilərsiniz), üstündən isə ərinmiş pendir dilimləri düzün.
Bağlı focaccia pizzası resepti - FOTO RESEPT

Bağlı focaccia pizzası resepti - FOTO RESEPT

Bağlı focaccia pizzası resepti - FOTO RESEPT


Xəmirin qalanını da yayıb pizzanın üzərinə örtün. Qıraqlarını yapışdırın. Yenə bir neçə yerindən çəngəl batırın. İri duz (zövqə görə) və rozmarin səpin.
Bağlı focaccia pizzası resepti - FOTO RESEPT


180 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin.
Bağlı focaccia pizzası resepti - FOTO RESEPT

Bağlı focaccia pizzası resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: zeytun, Xəmir, zövqə, mayanı, pendir, dəqiqə, yayıb, saxlayın, ərinmiş, dilimləri, rozmarin, nazik, yerindən, üzərinə, şəkər, başqa, çəkilmiş, kolbasa, doğranmış, napnazik
BİZİ İZLƏYİN