• Fransız pizzası resepti

Reseptin məlumatları Baxış sayı: 15 575

Tarix : 5-01-2016, 17:00

Bölmə : Pizza

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
400 q mayalı xəmir
5 baş soğan
125 q kəsmik
125 q xama
2 yumurta
100 q göyərti
duz
3 x.q. bitki yağı
qara istiot

Hazırlanması:
Soğanı doğrayıb kərə yağında şəffaflaşınca qovurun.

Kəsmiyi çəngəllə əzin, xama və yumurta ilə çalın. Duz, istiot vurun, qovrulmuş soğanla qarışdırın.

Xəmiri yayın, siniyə döşəyin, kənarlarını qaldırın. İçi bərabər qaydada xəmirin üstünə yayın. Üzərinə doğranmış göyərti səpin.

180 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: istiot, göyərti, yumurta, yayın, bərabər, xəmirin, qaydada, qaldırın, kənarlarını, üstünə, siniyə, döşəyin, səpin, dəqiqə, bişirin, olsun, sobada, qızdırılmış, doğranmış, Xəmiri
BİZİ İZLƏYİN