• Qozlu, portağallı, kakaolu qabardıqca qabaran sulu keks resepti

Reseptin məlumatları Baxış sayı: 4 360

Tarix : 24-04-2021, 16:00

Bölmə : Pizza / Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 otaq temperaturunda yumurta
1/2 stəkan şəkər tozu
1 incə rəndələnmiş portağal qabığı
1 portağal suyu (Yarım çay stəkanı)
1 stəkan isti su
1 çay stəkanı zeytun yağı
2 qaşıq dolusu kakao
3 qaşıq incə üyüdülmüş qoz
3 yarım stəkan süzülmüş un
1 paket vanil
1 paket qabartma tozu

Hazırlanması:
Yumurta, vanil və şəkəri köpüklənənə qədər çırpırıq. Çırpma zamanı zaman-zaman isti su əlavə edirik.
Digər maddələri və ələnmiş quru maddələri əlavə edirik və sönmədən qarışana qədər çırpırıq. (Hər marka unda fərqli olacağı üçün unu nəzarətli bir şəkildə əlavə etməlisiniz.)
Qatı yağla yağlayırıq və unladığımız qəlibin içinə tökürük və qəlibi şkafın üstünə bir neçə dəfə vurub havasını alırıq.
175 dərəcə qızdırılan sobada təxminən 40 dəqiqə bişiririk. (Bişirmə vaxtını öz sobanıza görə təyin edə bilərsiniz.)
Diş çöpü testinin köməyi ilə bişdiyindən əmin olub sobadan çıxardırıq və soyuduruq.Portağal və kakonun uyumuyla hazırlayacağınız bu şirniyyatın dadına doymuyacaqsınız

Nuş olsun!
BİZİ İZLƏYİN