• Kənd pizzası resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 20 337

Tarix : 25-10-2014, 19:00

Bölmə : Pizza / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

250 ml süd
2 x.q. şəkər tozu
11 q quru maya
125 q kərə yağı
350-400 q un
0,5 ç.q. duz

İç üçün:
250 q kəsmik
100 q göyərti (soğan və şüyüd)
200-250 q bişmiş toyuq filesi
100 q pendir
duz
qara istiot
1 x.q. mannı

Hazırlanması:
Bir kasada 0,5 st. isti su və ya südü 1 x.q. un, 1 x.q. şəkər tozu və maya ilə qarışdırın. İsti yerdə 7-10 dəqiqə saxlayın.
Kənd pizzası resepti - FOTO RESEPT


Dərin ləyənə un ələyin, isti süd, əridilmiş yağ və baratanı, duz və şəkər tozunu əlavə edin, yoğurun. İsti yerdə 1-1,5 saat, həcmi iki dəfə qalxanadək saxlayın. Bu müddət keçdikdən sonra ətləyin, daha 30-40 dəqiqə şişməsini gözləyin.
Kənd pizzası resepti - FOTO RESEPT


Xəmiri iki yerə bölün. Hər birini 1 sm qalınlıqda yayın (28 sm diametrdə), perqament döşənmiş siniyə qoyun.

İç: göyərtini xırda doğrayıb kəsmik, duz və istiotla qarışdırın. Toyuq ətini didin. Pendiri sürtgəcin iri gözündən keçirin.
Kənd pizzası resepti - FOTO RESEPT


Xəmirin üzərinə mannı səpin (xəmir sulanmasın deyə). Əvvəlcə göyərtili kəsmiyi döşəyin, sonra toyuq ətini düzün, pendir səpin.
Kənd pizzası resepti - FOTO RESEPT

Kənd pizzası resepti - FOTO RESEPT


200 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə, üzəri qızaranadək bişirin.
Kənd pizzası resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: dəqiqə, şəkər, yerdə, qarışdırın, ətini, saxlayın, səpin, sonra, pendir, mannı, kəsmik, toyuq, Pendiri, siniyə, sürtgəcin, gözündən, qoyun, keçirin, göyərtini, Xəmirin
BİZİ İZLƏYİN