• Qızılgül formalı pizza resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 68 789

Tarix : 2-06-2014, 11:45

Bölmə : Pizza / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

500 q un
100 ml isti su
1 st. süd
1 ç. q. şəkər tozu
2 ç.q. quru maya
50 q kərə yağı
duz
istiot

İç üçün:
200 q kolbasa
200 q ət (toyuq, mal, bişmiş, yaxud hisə verilmiş)
300 q bərk pendir
ketçup

Hazırlanması:
Südü qızdırın, ilıq olanda şəkər tozu və mayanı əlavə edin, qarışdırıb 20-30 dəqiqə saxlayın.

Unu bir ləyənə ələyin, duz, istiot, otaq temperaturunda olan kərə yağı, ilıq su və gəlmiş mayanı əlavə edin. Elastik xəmir yoğurun.

Ləyəni bitki yağı ilə yağlayıb xəmiri içinə qoyun, üzərinə dəsmal örtüb 2 saat isti yerdə saxlayın.

Bu müddətdə içi hazırlayın. Zövqünüzə görə istənilən ərzaqdan istifadə edə bilərsiniz: kolbasa, qiymə, göbələk, duzlu xiyar, qarğıdalı konservi və s.
Qızılgül formalı pizza resepti - FOTO RESEPT

Ərzaqları xırda kubik doğrayıb qarışdırın.

Masanın üzərinə un səpin. Xəmiri yayın. Üzərinə ketçup çəkin. İçi döşəyin.

Rulet kimi bükün.
Qızılgül formalı pizza resepti - FOTO RESEPT

İti bıçaqla dilimləyin.

Sinini yağlayın, pizzaları içinə düzün, yuxarı hissələrini əlinizlə düzəldin (xəmiri bir qədər yana açın).
Qızılgül formalı pizza resepti - FOTO RESEPT

180 dərəcə qızdırılmış sobanın orta gözündə 35 dəqiqə bişirin, sonra dərəcəni 220-yə qaldırıb daha 5 dəqiqə bişirin.
Qızılgül formalı pizza resepti - FOTO RESEPT
Qızılgül formalı pizza resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: dəqiqə, saxlayın, ketçup, əlavə, üzərinə, mayanı, bişirin, şəkər, kolbasa, xəmiri, istiot, içinə, yayın, çəkin, Rulet, döşəyin, bükün, Üzərinə, səpin, xırda
BİZİ İZLƏYİN