• Qızarmış çörəkli sadə pizza resepti

Reseptin məlumatları Baxış sayı: 18 237

Tarix : 26-07-2015, 12:00

Bölmə : Pizza / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
5-6 dilim qızardılmış çörək,
1 kasa dilimlənmiş sosinka,
1 pomidor,
1 uzunsov bibər,
1 kasa holland pendiri rəndəsi,
1 stəkan süd,
1 yumurta,
Yarım stəkan duru yağ,

Hazırlanması:
Qızardılmış çörəkləri kvadrat şəkilli siniyə yığın.
Bir kasaya süd, yumurta, duru yağ qoyub çırpın və çörəklərin üzərinə tökün.
Daha sonra dilimlənmiş pomidoru, bibər və sucuğu çörəklərin üzərinə paylaşdırın .
Əvvəlcədən 200 dərəcə qızdırılmış fırında çörəklər qızarana qədər bişirin.
Daha sonra fırından çıxardıb üzərinə holland pendiri rəndəsini səpib 5 dəqiqəyə yaxın daha fırında bişirib servis edin.

Nuş olsun!
Etiketlər: üzərinə, stəkan, pendiri, yumurta, fırında, holland, bibər, dilimlənmiş, çörəklərin, sonra, çörəklər, qızdırılmış, sucuğu, dərəcə, qızarana, paylaşdırın, Əvvəlcədən, çıxardıb, yaxın, bişirib
BİZİ İZLƏYİN