• İspanaqlı və şorlu pizza resepti

Reseptin məlumatları Baxış sayı: 30 720

Tarix : 13-06-2014, 21:08

Bölmə : Pizza / Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4


Tərkib:
Xəmiri üçün:
1 su stəkanı maye yağı
4,5 su stəkanı un
1 çay qaşığı duz

Maya üçün:
1 xörək qaşığı quru maya
1 su stəkanı ilıq su
1 çay qaşığı toz şəkər

İçlik üçün:
Yarım dəstə ispanaq
1 su stəkanı şor
½ dəstə təzə nanə
3 xörək qaşığı maye yağ
1 çay qaşığı duz
1 çay qaşığı istiot

Hazırlanması:
1 su stəkanı ilıq suyun içinə quru maya və toz şəkəri qoyaraq bir qaşıqla qarışdırın və ilıq bir mühitdə 5 dəqiqə qədər qabarması üçün gözlədin.Dərin bir qarışdırma qabının içinə un, maye yağ, su və duzu qoyun. Üzərinə də hazırladığınız mayalıiçliyi əlavə edib yoğurmağa başlayın. Xəmir yaxşıca qarışıb vəsaitlər bir-biriylə qarışana qədər möhkəmcə yoğurun və üzərini nəmli bir bezlə örtərək ən az 30 dəqiqə ilıq bir mühitdə mayalanmağa buraxın. İspanaqların yalnız yarpaq qisimlərini yarım santimetr qalınlığında çox incə doğrayın, sonra da bir qabın içinə qoyub üzərinə duz və istiot əlavə edin. Zeytun yağı və şor pendirlə birlikdə nanəni də əlavə edib bir qaşıq köməyiylə yaxşıca qarışdırın.
Digər yandan gözləyən pizza xəmirinizi yağlanmış soba nimçəsinə ən çox bir barmaq qalınlığında yayın. Nimçəyə yaydığımız pizza xəmirinin üzərinə ispanaqlı və pendirli içliyi yaxşıca yerləşdirin. 175 dərəcəyə nizamlanmış sobada ən çox 35 dəqiqə qədər bişirin. İsti olaraq servis edin.

Nuş olsun!

Etiketlər: qaşığı, stəkanı, qədər, yaxşıca, əlavə, dəqiqə, içinə, pizza, mühitdə, qalınlığında, xörək, üzərinə, qarışdırın, dəstə, istiot, köməyiylə, qaşıq, Digər, yandan, yarım
BİZİ İZLƏYİN