• Sosisli pizza resepti

Reseptin məlumatları Baxış sayı: 35 567

Tarix : 19-06-2016, 20:00

Bölmə : Pizza

Mətbəx : İtalyan mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
1 kangal sosisi
3 su stəkanı un
1 çay qaşığı quru maya
1 su stəkanı ilıq su
1 çay qaşığı duz
3 ədəd orta boy pomidor
2 ədəd acı bibər
1 su stəkanı rəndələnmiş yağsız pendir
2 fincan zeytun yağı

Hazırlanması:
Mayanı ilıq bir stəkan suda əzin içinə bir çay qaşığı şəkər əlavə edin.
3 stəkan unu ələyərək ortasını açın.
İçərisinə duz, bir fincan zeytun yağı və mayanı əlavə edib yumşaq xəmir əldə edənə qədər yoğurun.
Xəmiri sərin bir yerdə yaxşıca qabarana qədər saxlayın.
Mayalanma işi bitincə yumurtadan böyük parçalar qoparıb, oxlov köməyi ilə yarım santimetr qalınlığında açın.
Üzərinə zeytunyağı sürün. Açdığınız xəmirin üzərinə halqa halqa doğranmış sosiskaları düzün.
Kiçik doğradığınız pomidoru, bibəri səpin. Yağsız pendiri də rəndələyərək üzərlərinə əlavə edin.
Yağlanmış boşqaba qoyub yarım saata qədər saxlayın. Sonra sobada bişirib isti olaraq süfrəyə təqdim edin.

Nuş olsun!
Etiketlər: qaşığı, əlavə, stəkanı, qədər, zeytun, halqa, stəkan, yarım, saxlayın, fincan, düzün, Üzərinə, qalınlığında, Kiçik, doğradığınız, santimetr, sosiskaları, doğranmış, Açdığınız, pomidoru
BİZİ İZLƏYİN